Bizimlə Əməkdaşlıq – Bumeranq Yaradıcılıq Mətbəxi

Əməkdaşlıq Qaydaları

Bizə müraciət etməzdən öncə:

Zəhmət olmasa, müraciət etməzdən öncə bizim portfolio ilə, gördüyümüz işlərlə tanış olun. www.bumeranq.az

Biz qeyri-ənənəvi reklamla məşğul olduğumuz üçün bizimlə əməkdaşlığınıza əmin olmalısınız. Sizə standart məzmun lazımdır yoxsa qeyri-standart viral məzmun? Nə üçün bizə müraciət edirsiniz? Bizim tərzimiz sizə uyğundurmu?

Bizimlə əməkdaşlıq istədiyinizə əmin olduqdan sonra:

Reklam sifarişi üçün:

-İlk görüşü neytral məkanda (kafe və s.) edirik.

-Əməkdaşlıq qərarı verildikdən sonra ssenari təklifi üçün 1000 AZN ödənilməlidir. Bu ödəniş ideya və yekun ssenariyə xərclənən vaxt müqabilində olunur və layihənin baş tutmasından asılı olmayaraq geri qaytarılmır.

Dolğun brif*qdim olunmalıdır. Brif formasını aşağıdakı linkdən yükləyə bilərsiniz.

-Məhsulun tam istehsalı üçün tələb olunan məbləğin 60%-i öncədən ödənilməlidir.

İstehsal dövründə:

-Bizə təqdim olunan brif əsasında sizə ssenari təklif edirik. Bəyənilmədiyi təqdirdə üç ssenari tələb etmək haqqınız var. Üç ssenaridən birini seçirsiz və onun üzərində işləməyə davam edirik. Düzəliş və əlavələr yalnız pakşot** hissəsində ola bilər. Ssenarinin bədii hissəsinə dəyişiklik ancaq sizin (şirkətin, məhsulun, xidmətin) imicinizə zərər vura biləcək məqamlarda müzakirə və əsaslandırma ilə ola bilər.

-istehsal dövrü üçün 30 gün lazım olduğunu nəzərə alın: 10 gün pre-prodakşn (hazırlıq), 10 gün prodakşn (istehsal), 10 gün də post-prodakşn (montaj)

-istehsal prosesinin heç bir mərhələsində müştəri iştirak etmir, yekun məhsulla sonda tanış olur.

Məzmun istehsalı (SMM) üçün şərtlər.

Fəaliyyətimiz brendləşmək və müsbət imic formalaşdırmaq istiqamətində qurulub.

 

  • Biznes etikasına zidd olan və plaqiat (oğurluq) təkliflər tərəfimizdən həyata keçirilmir.
  • Şirkət tərəfindən verilən məlumatlar öncədən və dolğun şəkildə verilməlidir (fors major hallarında 1 gün əvvəl və həmin gün ola bilər)
  • İstehsal olunan məhsulların vizual həllinə (rəng, font, dizayn və s) müdaxilə edilməməlidir. Dəyişiklik yalnız məlumatın verilmə hissəsində (yazı) və ya şirkətin imicinə xələl gətirəcək elementlərin aşkarlanması zamanı baş verə bilər.
  • Sifarişlərin həcmi əvvəlcədən təyin olunmuş sayı keçməməlidir.
  • Şərhlər və mesajların standart hissəsi cavablandırılacaq. Xidmətlə bağlı hissə şirkət tərəfindən həyata keçiriləcək.
  • Hesabat yalnız ayın sonunda olmalıdır. Görülən işlərin effektivliyi müzakirə olunmalıdır. (Məlumatların məxfi olmayan hissəsi açıq göstərilməlidir)
  • Müzakirələr yalnız problem yaranan zaman edilməlidir. Məzmun hazırlığı üçün şirkətlə müzakirələr aparılmır.
  • Təyin olunmuş təklifdən əlavə olan sifarişlər briflə həyata keçirilir. Dolğun brif* təqdim olunmalıdır. Brif formasını aşağıdakı linkdən yükləyə bilərsiniz.

 

Ödəniş hər ayın əvvəlində ödənilməlidir.

——————————————————————————————————

*brif –anket formasında məhsul/xidmət haqqında məlumatlar

**pakşot – məhsulun/xidmətin birbaşa təqdimatı olan hissə

Brif formasını endir.