Məzmun marketinq – Bumeranq Yaradıcılıq Mətbəxi

Məzmun marketinq

“İnsanlar reklamları oxumazlar, insanlar maraqlarını cəlb edən şeyləri oxuyurlar”

                                                                                                         Howard Gossage

 

Kontent marketinq – İnternetdə izləyicilərin marağını çəkəcək, onları müştəriyə çevirəcək maraqlı məzmunun (kontentin) hazırlanmasıdır. Hazırlanmış məzmun (kontent) şirkətin veb səhifəsində, sosial media hesablarında və digər platformalarda istifadə oluna bilər.

Məqsəd- Əsas məqsəd informasiyanın bol olduğu bir şəraitdə izləyicilər (istehlakçılar) ilə bağ qurmaqla onların hisslərinə təsir etməklə onları qazanmaq, müştəriyə çevirməkdir.

Hədəf kütlə -Hədəf kütlə müəyyən edilir. Hədəf kütlə ilə bağ qurmaq üçün istiqamət seçilir. Məs:  Biz makaron məhsullarının sosial media səhifələrini idarə edən zaman  səhifəni qadın jurnalına çevirdik. Çünki Makaron məhsullarının əsas alıcısı qadınlardır. Məqsəd qadınlara maraqlı olan mövzular paylaşmaqla onların networkunu qurmaq idi.

Məzmun – Məlumatlar sadə, anlaşılan və profesional hazırlanmalıdır. İnsanlar reklamdan öncə faydalı məlumatla tanış olmalıdırlar. Birbaşa edilən reklamlar istehlakçıları qıcıqlandırır. Məzmunun sosial yüklü olması isə üstünlükdür.

Tip- Kontentin tipi müəyyən olunmalıdır. Əldə edilən informasiyanın çatdırma üsulu müəyyənləşdirilir. Çatdırılma müxtəlif formalarda vizual, yazılı, dinləmə və s ola bilər. (Poster, video, Foto, məqalə və s )

 

İlkin Yusif

Kreativ direktor, rejissor

Leave a Comment

Bumeranq Yaradıcılıq Mətbəxi