Ailənizə günəş doğacaq – Bumeranq Yaradıcılıq Mətbəxi

Ailənizə günəş doğacaq

Aylar öncə Reproduktiv Sağlamlıq Mərkəzi / RSM-in divarlarına motivasiya edici rəsm və sözlər həkk etməyi planlaşdırırdıq. Konsepstlərdən biri “Ailənizə günəş doğacaq” adlı gördüyünüz rəsm idi. Rəsmdə yumurtalıq və ona doğru hərəkət edən spermatazoidlər əks olunmalı idi. Biz tərəfdən belə bir rəsmin divara vurulma ideyası nə qədər “dəlilik” olsa da müştərinin bunu qəbul etməsi ikinci “dəlilik” idi. Amma bu, sonradan bir ailənin ilham mənbəyi olacaqdı.
Bu gün bildik ki, bu rəsm pasientlərdən birinin gözündən yayınmayıb, öz övladına Günəş adını qoyub. İlk övladına görə məyusluq yaşayan ailə yeni doğulan qızlarını ailələrinə doğan günəş hesab edirlər.
Sevincimizin həddi-hüdudu yoxdur, çünki yaradıcılığımız yaşayır. Günəş indi iki aylıqdır. Bu divardakı rəsmin üstü boyana bilər. Yaradıcılığımızsa indi ruhən Günəşlə birgə yaşayır

Leave a Comment

İkinci partizan müharibəsiBumeranq Yaradıcılıq Mətbəxi