Makaronbaz – Bumeranq Yaradıcılıq Mətbəxi

Makaronbaz

İlk reklamlar bizim eradan 4000 il əvvəl Misirlilərin papirüslara yazdığı satış mesajları və divar posterleri ilə başlayıb. Lakin onların xəbəri yoxdur ki, biz hələ də bu üsuldan istifadə edirik 😀

Həmin o divarları indi daha çox sosial şəbəkələrdəki divarlar əvəz edir. Lakin bir gün insanlar monotonluqdan bezəndə köhnə dəb yada düşür. İnsan yenidən küçəyə qayıdır. Bax bura əsl meydandır. Daha real, daha təhlükəli ,daha riskli, daha təbii və maraqlı. Bu çətin tapşırığı yerinə yetirən reklamçı isə əsl partizan olmalıdır. Yəqin ki, ”Guerrilla Marketing” sözünü eşitmisiniz. Bu sözü dünyalılar çoxdan eşidiblər.İlk dəfə 1960 cı ildə Amerikada reklam sektorunda işləndi daha sonralar Jay Conrad Levinsonun 1984-cü ildə yazdığı kitabın adı oldu.

Guerrilla, qeyri-ənənəvi üsullarla və gözlənilməz yerdə və gözlənilməz zamanda həyata keçirilən reklam kampanyasıdır. Başa düşülsün deyə “Guerilla Marketing” sözünü “Partizan Fəaliyyəti” sözü ilə əvəz edirəm. Partizan fəaliyyətinin üstünlüyü klassik metodlardan fərqli olaraq müştəridə daha qalıcı təsir bağışlaya bilməsi və aşağı büdcə ilə böyük kütləyə xitab edə bilməsidir. Partizan fəaliyyətinin üstün cəhətlərindən biri də rəqiblərə kiçik hücumlar etməklə onları zəiflətməkdir. Bu bəzən əyləncəli və bəzən də mərhəmətsiz şəkildə olur.

Bumeranq Yaradıcılıq Mətbəxi fəaliyyət istiqamətini dəyişərək 2014-cü ildən viral və guerrilla reklamlar üzərinə hədəfləndi. İstehsal etdiyimiz reklamlar həmişə həftənin ən çox baxılan virallarından oldu. Lafarella markası üçün həyata keçirdiyimiz “Makaronbaz” adlı partizan fəaliyyətimiz social şəbəkədə maraqla qarşılandı. Lafarella makaronlarının çeşidlərini göstərmək üçün “Guerrilla” fəaliyyətini həyata keçirtməyə qərar verdik. “Plaş altında gizli satış” üsulunu tətbiq etməyi fikirləşmişdik. Lakin, məqsəd məhsulu satmaq əvəzinə markanı satmaq idi. Makaron çeşidlərinin seçimində daha çox qadınlar rol oynadığı üçün qadınları hədəf seçdik. Makaron çeşidlərini təbliğ edən şəxs üçün Makaronbaz obrazını fikirləşdik. Makaronbaz obrazı şən, pozitiv və qadınlarla ünsiyyət qura biləcək şəxs olmalı idi. Bu Erkin Ergin oldu. Etiraf edək ki, Erkin makaron sevən şəxsə daha çox bənzəyir.

Makaronbaz – Lafarella

Guerrilla fəaliyyəti zamanı xanımlar təəcüblənsələr də prosesi xoş qarşıladılar.Fəaliyyət zamanı gizli kameralar, mikrofon, səsyazma cihazı və səsli əlaqə vasitələri istifadə olundu. Danışıq zamanı biz xanımların hansı çeşidi seçdiyini eşidirdik və onlara makaron çeşidini yollayırdıq. Yaxınlaşdığımız xanımlardan icazə aldıq və üzünün görünməyinə etiraz etməyənləri videoçarxda saxladıq.

Guerrilla fəaliyyətimiz küçədə uğurla baş tutmuşdu. Videonu sosial şəbəkəyə yüklədikdən sonra yeni bir uğur qazandı. Video virallaşdı. İlk iki gündə “organic” baxış 15k olmuşdu. 101 şərh , 332 bəyənmə və 84 paylaşım olmuşdu.

Bumeranq Yaradıcılqı Mətbəxi

İlkin Yusif

Kreativ direktor

 

 

Leave a Comment

Foto: Sacha Goldberger